Dünən Bağdadda baş verənlərdən sonra İraqdan İrana təşəkkür

2022-08-30 13:43:00

Dünən Bağdadda baş verənlərdən sonra İraqdan İrana təşəkkür

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Tehranın region ölkələri ilə əməkdaşlığını inkişaf etdirmək səylərinin effektli olduğunu söyləyib. Rəisi İraqın Xarici İşlər naziri Fuad Hüseyn ilə görüşü zamanı diqqəti Tehranın Ər-Riyadla dialoquna cəlb edərək, İran ilə Səudiyyə Ərəbistanı arasındakı danışıqların regionun təhlükəsizliyi üçün faydalı olduğunu qeyd edib.

İraqın Xarici İşlər naziri Fuad Hüseyn də öz növbəsində İraqda sabitliyin və təhlükəsizliyi təmin edilməsində dəstəyinə görə İrana minnətdarlığını bildirib.

Xəbər verdiyimiz kimi,  dünən Bağdadın müxtəlif rayonlarında Muktəda əs Sədr tərəfdarları ilə iranpərəst şiə Koordinasiya strukturunun tərəfdarları arasında daş və dəyənək davası olub.

Həşd əş Şabi milislərinə bağlı qüvvələr də Sədr tərəfdarlarının qovulmasında iştirak ediblər: Bağdadda siyasi toqquşma - onlarla yaralı var.

“Əl Cəzirə” telekanalının verdiyi məlumata görə, dünən  Bağdadda keçirilən kütləvi etiraz aksiyaları zamanı azı 10 nəfər həlak olub, 200 nəfər isə yaralanıb: İraqda vətəndaş qırğını - 10 nəfər həlak olub, 200 nəfər yaralanıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.088506