“Dünən axşamdan bəri 16 İran dronu vurulub” – Ukraynadan açıqlama
2023-04-19 09:44:00

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Hava Qüvvələri aprelin 19-na keçən gecə Rusiya ordusunun Odessa vilayətinə dronlarla hücuma keçdiyini bildirib. Hücumlar nəticəsində Ukrayna infrastruktur obyektlərinə zərər dəyib.
Hücum edən 12 ədəd “Şahed-136/131” kamikadze dronundan 10-nun vurulduğu bildirilir.
Aprelin 18-i axşam isə Ukrayna hərbçiləri Rusiyanın 7 dronunu vurub – İran istehsalı olan həmin dronlardan 6-sı Zaporojye vilayətində zərərsizləşdirilib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya