Saat:15:47
Haqqımızda

Duman səbəbindən ən azı 10 uçuş ləğv edildi

2025-12-23 12:11:19

Duman səbəbindən ən azı 10 uçuş ləğv edildi

Hurriyyet.az xəbər verir ki, Hindistan “Times” qəzetinin məlumatına görə, Yeni Dehli və ətrafında hava çirkliliyi "ciddi" səviyyədə qalmaqdadır. Hökumətə bağlı Mərkəzi Çirklənməyə Nəzarət Şurasının (CPCB) məlumatları göstərir ki, səhər paytaxtda ölçülən Hava Keyfiyyəti İndeksi (AQI) 414 olub.

Hava çirkliliyinin yaratdığı sıx duman səbəbindən bəzi ərazilərdə görünürlük demək olar ki, sıfıra düşüb və bu da hava nəqliyyatında fasilələrə səbəb olub. Duman səbəbindən ən azı 10 uçuş ləğv edilib və 200-dən çox uçuş təxirə salınıb. Rəsmilər xəbərdarlıq ediblər ki, regionda davam edən əlverişsiz hava şəraiti səbəbindən uçuşlarda fasilələr davam edə bilər.

NURAY