Dudadan Makrona: Hitlerin simasını kim qoruyurdu?

2022-06-09 12:14:00

Dudadan Makrona: Hitlerin simasını kim qoruyurdu?

Polşa Prezidenti Andjey Duda Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparılması ideyasını tənqid edib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib.

“Hazırda Putinlə aparılan bütün danışıqlar məni təəccübləndirir. Kansler Şolts, Prezident Emmanuel Makron... Bu söhbətlər faydasızdır. Onlar nə edirlər? Onlar ancaq Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxsin simasını qanuniləşdirirlər. O, buna görə məsuliyyət daşıyır. O, oraya qoşun göndərmək qərarına gəldi. Komandirlər ona tabe olurlar. İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olubmu? Kimsə Adolf Hitlerin simasını xilas etməli olduğunu söyləyib? “Adolf Hitleri aşağılamamaq lazımdır” deyən olub?” - o bildirib.

O qeyd edib ki, Kiyevin razılığı olmadan Ukraynada müharibə ilə bağlı heç bir razılaşma əldə oluna bilməz.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya