Duda: "Ukrayna Hitlerlə əməkdaşlıq edib və Xolokostun iştirakçısıdır"
Hurriyyet.az xəbər verir ki, Polşa Prezidenti Ancey Duda "Polsat" kanalına müsahibəsində Ukraynanın "II Dünya müharibəsi dövründəki keçmişini, o cümlədən faşist Almaniyası ilə kollaborasionizmini (İkinci Dünya müharibəsi zamanı öz vətənini işğal etmiş faşist işğalçıları ilə xaincəsinə əməkdaşlıq - red.) və Xoloskostda iştirakını nəzərə almalı olduğunu nəzərə almalı" olduğunu vurğulayıb.
Polşa lideri qeyd edib ki, Ukrayna bütün çətinliklərdə, o cümlədən, tarixi məsələlərdə Polşa ilə qarşılıqlı anlaşmada maraqlı olmalıdır.
Duda deyib: "Xahiş edirəm ki, ukraynalıların II Dünya müharibəsi dövründəki keçmişləri ilə çox sayda problemləri olduğu unudulmasın. Bu təkcə, Volın qətliamı deyil, həm də ukraynalıların SS bölmələrində çalışması, Stepan Bander də daxil olmaqla, Ukrayna hakimiyyətinin nasistlərlə əməkdaşığı məsələləridir".
Hürr Tərcüman