DTX onun evində axtarışa BAŞLADI
2025-12-05 00:27:14
AXCP sədri Əli Kərimlinin qaynı, Elnur Seyidovun evində DTX axtarış aparıb.
Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər verir ki, bu axtarış Əli Kərimliyə açılmış cinayət işi ilə əlaqəlidir.
Qeyd edək ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin 01.12.2025-ci il tarixli qərara əsasən, Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
