DTX-nin saxladığı general HƏBS EDİLDİ - Məhkəmə qərarı

2022-06-22 19:27:00

DTX-nin saxladığı general HƏBS EDİLDİ - Məhkəmə qərarı

Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru general-mayor Ehtiram Xəlilov həbs edilib.

Səbail rayon məhkəməsinin qərarı ilə E.Xəlilov barəsində 3 ay, 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, DGK-nin sədri Səfər Mehdiyevin əmri ilə o, bu vəzifədən azad edilib və yerinə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.

Xatırladaq ki, ötən gün DTX Dövlət Gömrük Komitəsində əməliyyat keçirilib.

Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər saxlanılıb.\\Bbakupost.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya