Saat:05:43
Haqqımızda

DTX-nin NƏZƏRİNƏ! - VASİF TALIBOV VƏ ADAMLARI XARİCƏ KÜLLİ MİQDARDA PUL ÇIXARIB

2022-11-30 17:39:00

DTX-nin NƏZƏRİNƏ! - VASİF TALIBOV VƏ ADAMLARI XARİCƏ KÜLLİ MİQDARDA PUL ÇIXARIB

Adının açıqlanmasını istəməyən hərbçilərin Hurriyyet.az-a dediklərindən belə məlum oldur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hələ 3-4 ay öncədən başına gətiriləcəklərdən, daha doğrusu bu gün şahidi olduğumuz həbslərdən xəbərdar imiş.

Məlumatda deyilir ki, məhz bu səbəbdən də Vasif Talıbov və yaxın adamları əllərindəki külli miqdarda pul vəsaitlərini ölkədən kənara çıxarmağa çalışıblar.

Verilən informasiyadan anlaşılan odur ki, təxminən 3-4 ay öncə bütün rütbə daşıyan hərbçilərin bank hesablarına fərqli-fərqli məbləğlər vurulub, lakin onlar karta oturulmayıb. Bir-iki gün sonra isə onların hesabındakı pullar yoxa çıxıb. Əgər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu məlumatın üzərində işləsə, müvafiq araşdırma aparsa, o zaman hərbçilərin adlarına vurulan pulların məbləği və hara getdiyini müəyyənləşdirmək mümkün olar.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR