Saat:18:13
Haqqımızda

DTX-nin Naxçıvanda daha bir qurumda əməliyyat keçirdiyi iddia olunur

2022-11-29 11:45:00

DTX-nin Naxçıvanda daha bir qurumda əməliyyat keçirdiyi iddia olunur

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirdiyi iddia olunur.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib:

“Komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR