Saat:16:49
Haqqımızda

DTX-nin həbs etdiyi icra başçısının yerinə təyinat oldu

2025-11-12 13:33:32

DTX-nin həbs etdiyi icra başçısının yerinə təyinat oldu

Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə N.Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu. N.Ağayev bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sumqayıt şəhər Şöbəsinin rəisi vəzifəsində çalışıb və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

Xatırladaq ki, DTX oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçib.

İ.Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.