Saat:08:45
Haqqımızda

DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? – O, erməni xüsusi xidmət orqanı əməkdaşı ilə görün necə tanış olub

2023-08-28 22:13:28

DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? – O, erməni xüsusi xidmət orqanı əməkdaşı ilə görün necə tanış olub

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.  O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: “Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb”.

Proses sentyabrın 25- də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva “Telegram”sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb. \\News24.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000278