DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: Peşəkar kadr hazırlığ işi genişləndirilir

2022-04-22 21:42:00

DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: Peşəkar kadr hazırlığ işi genişləndirilir

“Tərəfimizdən həyata keçirilmiş zəruri əmliyyat nəticəsində Azərbaycan silahlı qüvvələrinə zəruri dəstək verilib”.

Bunu DTX rəisinin müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib.

İ.Musayevin sözlərinə görə, dövlət başçısının 1315 saylı müvafiq sərəncamına uyğun olaraq DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb:
“Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik”.
Dövlət qurumları DTX-da yeni yaradılan fəaliyyət istiqamətləri üçün peşəkar kadr hazırlığı məsələsini də diqqətdə saxlayır.
 
Belə ki, bu ildən başlayaraq, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Akademiyasında tədris olunan "İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək.
 
Bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
 
Onun sözlərinə görə, bu ixtisas bu ildən 3, gələn ildən isə 11 ali təhsil müəssisəsində olacaq.
 
"Burda keyfiyyəti təmin etmək üçün DTX-nin əməkdaşları və beynəlxalq ekspertlərlə birlikdə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik", - deyə nazir əlavə edib. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya