DTX 2022-ci ildə kimlərin “qapısını döyüb”? – Səs-küylü əməliyyatların SİYAHISI

2022-12-05 15:00:00

DTX 2022-ci ildə kimlərin “qapısını döyüb”? – Səs-küylü əməliyyatların SİYAHISI

Son günlərini yaşadığımız 2022-ci ildə ölkədə aktiv fəaliyyət göstərən dövlət qurumlarından biri də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) olub. Sözügedən qurumun həyata keçirdiyi tədbirlər nəticəsində dövlət əhəmiyyətli mühüm əməliyyatlar baş tutub.

Hurriyyet.az DTX-nin 2022-ci ildə həyata keçirdiyi əsas kompleks tədbirləri təqdim edir:

DTX əməliyyat keçirib - Bir neçə general saxlanılıb |

Fevral

Cari ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat həyata keçirib. Belə ki, DTX-nin keçirdiyi əməliyyat zamanı Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıblar. Onlar  barəsində istintaq orqanının təqdimatına baxılıb. Qeyd edək ki, adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilib.

Mart

DTX Gömrük Komitəsində əməliyyat keçirib? – Rəsmi açıqlama

2020-ci ilin mart ayında DTX tərəfindən Müdafiə Nazirliyində təkrar əməliyyat keçirilib və nazirliyin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb. Belə ki, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev külli miqdarda mənimsəmədə təqsirləndirilib.

Aprel

Aprel ayında isə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin güzəştlə satışı prosesi zamanı qanun pozuntusuna yol verən şəxslər aşkara çıxarılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər.

İyun

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyun ayı ərzində Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında əməliyyat-axtarış tədbirləri həyata keçirib. Həmin əməliyyat çərçivəsində ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı "İpək yolu" və "Abşeron" terminallarında, həmçinin Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin "Azərterminalkompleks" birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb və haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq Baş İdarəsinin rəisi general Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub.

Vaxt.Az - DTX-dan vacib əməliyyat

Noyabr 

DTX noyabr ayının əvvvələrində İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıb. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Bundan başqa ötən ay Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində də əməliyyat keçirib.  Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cari ilin noyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində də əməliyyatlar həyata keçirib. Əməliyyat nəticəsində Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov həbs olunub. DTX tərədindən Naxçıvan gömrüyündə 132 milyon manat yeyintinin üzə çıxdığı bildirilib. Mənsur Əsgərov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ötən ay Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Belə ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilib.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000547