Saat:00:31
Haqqımızda

"DSX helikopterinin "qəzaya uğraması" ciddi təhqiqat predmeti olmalıdır" - ƏRƏSTUN ORUCLU

2021-12-01 11:24:00

"Çünki düşmənin bizim insanların həyatı üzərində və milli maraqlarımıza qarşı öz işini rahat şəkildə davam etdirir"

"Hər dəfə bir təxribat olanda "Allah rəhmət eləsin" deyib üstündən keçirik. Halbuki bütün bu tipli hadisələr ciddi təhqiqat predmeti olmalıdır, amma olmur. Onda da gücümüz, o da hamının yox, həqiqəti bütün çılpaqlığı ilə açıb ortaya qoymağa çatır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu deyib.

Düşmənin bizim insanların həyatı üzərində və milli maraqlarımıza qarşı öz işini rahat şəkildə davam etdirdiyini qeyd edən siyasi şərhçinin sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin "qəzaya uğraması" da bu qəbildəndir: "Düşmən yenə bir "qəza" üzərində bir neçə hədəfinə nail oldu. Həmin hədəflər də bunlardır: 1. Düşmənin məkrli niyyətlərinə qarşı ölümünə döyüşənlər mütləq cəzalarını alacaqlar mesajı. 2. Azərbaycanda müdafiə naziri postunda düşmənin istədiyi şəxs olacaq və ya qalacaq. 3. DSX bütün hərbi ləvazimat və sursatı yalnız həmin düşməndən almalıdır. 4. Azərbaycan Xəzərdə yalnız düşmənin məsləhət bildiyi çərçivədə və yalnız onun özü ilə birlikdə fəaliyyət göstərməlidir".

Ərəstun Oruclu hesab edir ki, bütün bunların olmaması üçün ortaya qəti mövqe və siyasi iradə qoyulmalıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR