DSX əməliyyat keçirdi: 2 nəfər saxlanıldı

2023-03-17 15:04:00

DSX əməliyyat keçirdi: 2 nəfər saxlanıldı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, iki nəfər saxlanılıb. 

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində mart ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar. 

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000423