Saat:00:33
Haqqımızda

DSMF-də VƏZİFƏYƏ XALAOĞLU VƏ YEZNƏ GƏTİRİLİB? - Qurum açıqlama yaydı

2025-05-28 12:34:05

DSMF-də VƏZİFƏYƏ XALAOĞLU VƏ YEZNƏ GƏTİRİLİB? - Qurum açıqlama yaydı

Dövlət Sosial Müdafiə Fondunda sədri Zəka Mirzəyev bir sıra rəhbər vəzifələrə təyinatlar edib.  

Hurriyyet.az xatırladır  ki, Mail Məmmədovu DSMF-nin icraçı direktoru, Şahin Əliyev isə DSMF İdarə Heyətinin sədr müavini təyin olunub.

"Tribunainfo.az"- saytı isə Mail Məmmədovun  fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu olduğunu iddia edib. Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olduğu bildirilib.

Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib. Məmurların öz yaxınlarına vəzifə verməsi isə qanunla qadağandır.

Məlumat yayıldıqdan sonra DSMF məsələ ilə bağlı açıqlama verib. Həmin açıqlamanı təqdim edirik: "Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır. Heç bir fakta əsaslanmadan dərc edilən, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır:

Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.

Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz. Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər. Qeyd edilən yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq, bu təkzib məlumatını dərc etməyi xahiş edirik".

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000142