Saat:05:22
Haqqımızda

“Dronlar geri dönüblər” – Podolyak Moskvaya hücumlardan danışdı

2023-05-30 12:48:00

“Dronlar geri dönüblər” – Podolyak Moskvaya hücumlardan danışdı

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu gün səhər saatlarında Moskvaya edilən dron hücumu ilə bağlı açıqlama verib.

Ukrayna Prezidentinin Ofisinin direktorunun müavini Mixail Podolyak “Berkfst şou” efirindəki açıqlamasında deyib: “Başa düşmək çox vacibdir. Siz bilirsiniz ki, biz süni intellekt dövrünə qədəm qoyuruq. Ola bilsin ki, dronların heç də hamısı Ukraynaya hücuma keçməyə hazır deyillər və öz sahiblərinin yanına qayıtmaq və müvafiq şəkildə bu sualları vermək istəyirlər: Bəs niyə siz bizi Ukraynada, Kiyevdə uşaqları vurmağa göndərirsiniz?...

İkinci aspekt də mühümdür. Birtərəfli ouunda oynaya bilən bütün insanlar hesab edirlər ki, başqa suveren dövlətin ərazisini tamamilə cəzasız şəkildə dağıtmaq olar... 15 aydan sonra başa düşüblər ki, 2014-cü il bir də olmayacaq? Bölgü xətti barəsində heç bir sənəd imzalanmayıb... Onların hamısı lazım olduğu kimi, cavab verəcəklər”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR