Dövrün Yezidi Urmu gölünü qurudan İran hökumətidir!

2022-08-04 16:07:00

Dövrün Yezidi Urmu gölünü qurudan İran hökumətidir!

Güney Azərbaycanda Urmu gölü ilə bağlı yüzlərlə poster yayıldı Güney azərbaycanlı milli fəallar Urmu gölünün İran hökuməti tərəfindən bilərəkdən qurudulması ilə bağlı olaraq, Təbriz şəhərində yüzlərlə poster paylayıblar.

Vərəqələrdə yazılıb: "18 milyard kubmetr suyu bəndlərdə gizlətdilər və su yoxdur dedilər!! Bu, gurultulu çayın kənarında Hüseynə deyilən söz deyil. Dövrün Yezidi kimdir? Ən böyük cihad zülmün qarşısında dayanıb, ona "sən haqsızsan!" deyə bilməkdir". Xatırladaq ki, iyulun 16-da Urmu gölünün durumu ilə bağlı keçirilən dinc aksiyalar zamanı onlarla mədəni fəal həbs edilib. Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074978