Dövlətlər nüvə silahına nə qədər pul xərcləyir?

2022-06-20 09:08:00

Dövlətlər nüvə silahına nə qədər pul xərcləyir?

2021-ci ildə qlobal koronavirus pandemiyası zamanı doqquz nüvə dövləti nüvə silahına 82,4 milyard dollar xərcləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

"Xərclərə görə birinci yerdə 44,2 milyard dollarla ABŞ, ikinci yerdə 11,7 milyard dollarla Çindir. Üçüncü sırada 8,6 milyard dollarla Rusiya qərarlaşıb. Böyük Britaniya 6,8 milyard dollar vəsaitlə dördüncü, Fransa isə 5,9 milyard dollarla beşincidir.

Hindistan, İsrail, Pakistan da öz arsenallarına bir milyarddan çox, Şimali Koreya isə 642 milyon dollar xərcləyib. Minlərlə müqavilələri, illik hesabatları və lobbiçilik açıqlamalarını nəzərdən keçirdikdən sonra məlum olub ki, bir çox şirkət nüvə silahı işi üçün 30,2 milyard dollarlıq yeni müqavilələr əldə edib", - məlumatda deyilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya