Dövlətin puluna Brüsseldə şəxsi ev alan səfir

2022-04-25 09:55:00

Dövlətin puluna Brüsseldə şəxsi ev alan səfir

Bu saat dünyada elə bizim dilimizdə danışan düşmən soydaşlarımız da, intellektual kəsimin tam antipodları olanlar da var. Görünür, Qələbəni, xərçənglərin harda qışladığını, elə ilk növbədə onlara başa salmaq, izah etmək, həzm etdirmək lazım gələcək.

İndi təqdim edəcəyim kadrlara görə üzr istəyirəm. Çünki Zəfər qurultayını mənhus və nakəscəsinə təqdim edən bir zavallının, bəxtəvər vətəndaş olmağın qürurunu anlamaq iqtidarından məhrum olan səfilin və ya dırnaqarası “səfirin” çıxışını təqdim etməyə məcburam (Qeyd: Video-görüntüdə Arif Şahmarlı Dünya Azərbaycanlılarının qurultayından dərin təəssüf hissi keçirdiyini bildirir – red.)

Baxın və görün insanı əsassız ambisiya və iddia, öz dövlətini və millətini sevməzlik hansı eybəcər daxili vəziyyətə salır. İkisoyadlı birisi: Arif Məmmədov və ya Arif Şahmarlı. Eyni şeydi.

Baxın, bu, sadəcə bədbəxtlikdir. Dünyanın bütün ölkələrindən azərbaycanlılar Qarabağa, qürur və ləyaqət Qalamıza - Şuşaya, qeyrətə və ismətə qalarsa, Arif Məmmədova-Şahmarlıya da aid olası Şuşaya gəlir, onun başına dolanır, sən isə düşməncəsinə heyfsilənirsən.

Əlbəttə, mən burda həmin bu çöpə atılmış diplomatiya qırığının işdən kənarlaşdırılma səbəblərini, hansı hoqqalardan çıxdığına görə görəvdən alındığını geniş danışa, faktlar təqdim edə bilərəm. Amma bu gün qısa olacam.

Arif Şahmatrlı və ya Arif Məmməov SSRİ Müdafiə Nazirliyinin Qırmızı bayraq Hərbi İnstitutuna daxil olur və sonra hərbi tərcüməçi fakültəsinə düzəlir. Belə ki, aşağı davamiyyət və tərcüməçi üçün uyğun gəlməyən dil nöqsanlarına görə Arif Məmmədov prestijli şöbədə deyil, amxar dilini öyrənməli olur. Bu da o zamankı sosialist Efiopiyasının dövlət dili idi. Məlum olduğu kimi, 1974-cü ildə SSRİ-nin köməkliyi ilə Efiopiyada hərbi çevriliş baş verir və nəticədə hakimiyyətə diktator Menqistu Hayle Mariam gəlir. Ölkəyə sovet hərbi kontingenti yeridilir. Bunlardan biri də instututu rüşvət hesabına bitirən gənc leytenant-tərcüməçi Arif Məmmədov olur. Arif geniş publikaya xaricdə xidmətə SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən “keçməsi” və onların “xüsusi tapşırıqları” olmadan buraxılması barədə məlumat verməyə o qədər də həvəsli deyil. Tez-tez Avropadakı “möhtəşəm fəaliyyəti” ilə bağlı cəfəngiyyatlar danışsa da, Brüsseldə dövlət hesabına əldə etdiyi yaşayış yerini xatırlatmağı unudur. Səfir olan zaman dövlətin kirayə üçün ayırdığı pulları ipoteka ilə aldığı evə ödədiyi kimi. Davamı olacaq. Gəlin bu həftəni artıq zibilləməyək...Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya