Saat:05:07
Haqqımızda

“Dövlətimizə qarşı bu cür ittihamlar yolverilməzdir” - BƏYANAT

2024-09-23 23:59:20

“Dövlətimizə qarşı bu cür ittihamlar yolverilməzdir” - BƏYANAT

ADP hesab edir ki, ABŞ Konqresində müzakirəyə çıxarılan “Artsax gəlirlərinin bərpası Aktı” strateji əməkdaşlıq münasibətlərini pozmağa yönələn cəhdən başqa bir şey deyil

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə 20 sentyabr təqviminin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə bağlı dövlət başçısı İ.Əliyevin imzaladığı tarixi sərəncama münasibət bildirib. Suverenliyin hər bir xalq üçün nə qədər önəm daşımasına diqqət çəkən partiya yetkililəri bu yolda millətimizin son 30 ildən artıq zaman kəsiyində necə böyük məşəqqətlər yaşamasına, on minlərlə şəhid verməsinə, torpaqlarımızın işğal altında qalmasına baxmayaraq, sonda Azərbaycanın öz suveren hüququnu bərpa etməsindən, yurisdiksiyamıza daxil olan bütün ərazilərimizdə ali hakimiyyətini təmin etməsindən məmnunluğunu ifadə edib, istiqlaliyyətimiz uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıb və bu möhtəşəm tarixi qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib.

İdarə Heyəti ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü”ilə bağlı (“Artsax gəlirlərinin bərpası Aktı”) aktın müzakirəyə çıxarılması məsələsinə də münasibət bildirib. Ermənipərəst konqresmenlərin iddiasına görə “Azərbaycanın “Artsax” xalqına davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə məruz qalıb və bu səbəbdən Azərbaycanın aktivləri müsadirə edilərək “Artsax” adına yaradılan fonda keçirilməli və Qarabağdan köçkün düşən ermənilərə kompensasiya olaraq verilməlidir”. Partiya rəsmiləri bir daha qeyd edib ki, Azərbaycanda yaşamış ermənilərin Qarabağdan köçü etnik təmizlənmə ilə deyil, öz xoş istəkləri ilə və bu proses bütün dünyanın gözü qarşısında, açıq-aşkar şəkildə baş verib. Konqresmenlərə xatırladılıb ki, dövlətimizə qarşı bu cür ittihamlar irəli sürmək yolverilməzdir və ikili standartlara uyğun belə yanaşmalar ABŞ və Azərbaycan arasında 30 ildən artıq davam edən dostluq, strateji əməkdaşlıq münasibətlərini pozmağa yönələn cəhdən başqa bir şey deyil.

İdarə Heyəti bir neçə gün əvvəl Fransa xarici işlər nazirinin Ermənistana səfəri və bu səfər zamanı adı çəkilən ölkəyə hər cür hərbi, siyasi yardımların edilməsi, Qarabağdan köçkün düşən ermənilərə 29 milyon ABŞ dolları məbləğində yardım edilməsi, onların geri qaytarılmasının zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və bu fikirlərin heç də Qafqazda sülhə və təhlükəsizliyə xidmət etmədiyini, ölkəmizə qarşı qərəzli xarakter daşıdığını bildirib. Qeyd edilib ki, Qarabağda yaşamış ermənilərin geri qaytarılması yalnız onların Azərbaycan qanunlarına tabe olması, Konstitusiyamızdan irəli gələn vətəndaş öhdəliklərinin yerinə yetirilməsi şəklində baş verə bilər və söbət geri dönmədən gedirsə onda bu iddianı irəli sürənlər dədə-baba yurdlarından didərgin düşmüş, deportasiyaya məruz qalmış 100 minlərlə Qərbi Azərbaycan soydaşımızın da öz yurdlarına qayıtması, hüquqlarının bərpa edilməsi haqda da düşünməlidir.

İdarə Heyəti ötən həftə Avropa Parlamentində bir qrup deputatın ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, siyasi məhbus probleminin gündəmdə qalması, söz, mətbuat azadlığına məhdudiyyətlər qoyulması səbəbindən Azərbaycan qazından imtina edilməsi ilə bağlı təşəbbüs ətrafında da müzakirələr aparıb. Partiya yetkililəri Avropa Parlamentində qaldırılan bu məsələnin insan hüquq və azadlıqları ilə bağlı tərəfinin reallığı əks etdirdiyini bildirsə də, Avropa ölkələrinin, Azərbaycan qazını almaqdan imtina etməsi məsələsini Avropa ilə olan ikili əlaqələrimizə qarşı yönəldiyini diqqətə çatdırıb və hakimiyyəti ölkədə insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164103