“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə zülm edir” – GORANBOY SAKİNİ HAQSIZLIĞA ETİRAZ EDİR

2023-03-16 15:42:00

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə zülm edir” – GORANBOY SAKİNİ HAQSIZLIĞA ETİRAZ EDİR

Goranboy rayonu, Buzluq kənd sakini Zeynalov Mətləb Şikar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 16 ildir 3-cu qrup əlil olduğu halda, hələ də dərmanlarını almaqda çətinlik çəkir:

“Mən, Goranboy rayonu, Buzluq kənd sakini Zeynalov Mətləb Şikar oğlu, yazaraq sizə bildirirəm ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşamam üçün vacib olan dərmanları mənə vermir. 8 aydır dərman ala bilmirəm, çox əziyyət çəkirəm. 16 ildir 3-cü qrup əliləm. Başıma hər cür qanunsuzluq açıblar. Xəstəliyimi təsdiq edən sənədlərimi lazımi orqanlara təqdim etmişəm. Yaşamağıma əsasız şəkildə maneə olmağa çalışırlar.

1995-ci ildə avtomobil qəzası keçirmişəm və nəticədə başımda 4-5 sümük deffekti və epilepsiya xəstəliyi yaranıb.

Bilirəm ki, mənim kimi yüzlərlə xəstə dərman qıtlığından əziyyət çəkir. Odur ki, müvafiq qurumlar bu problemin ciddi yanaşmalı, vətəndaşlara zülm etməməlidirlər”.

Jalə FAMİLQIZI

P.S. Mövzunu araşdıracağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194245