Saat:03:31
Haqqımızda

Dövlət qurumundan "Hürriyyət"in redaksiyasına müraciət edən qazinin müraciətinə - CAVAB

2022-01-21 14:25:00

Dövlət qurumundan

Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, gizir Həsənov Mübariz Əli oğlu "Hürriyyət"in redaksiyasına müraciət edərək, əlillik müavinətini ala bilməməsindən və digər problemlərlə bağlı şikayətini danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edən qazimiz bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları alıb. Amma, ən ağır qəlpə yarasını Hadrut istiqamətində hücuma keçərkən alıb. Mübariz Həsənov ağır qəlpə yaraları almasına baxmayaraq Şuşaya kimi gedib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətin redaksiyamıza müraciət edən qazinin müraciətini araşdırıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova "Hürriyyət"in müraciətinə cavab olaraq bildirib ki, Həsənov Mübariz Əli oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyatı üzrə baxılmışdır:

"Azəbraycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müsəssisələrinin  göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir.

Nəzərinizə çatıdırırıq ki, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı və ya şəhadətnaməsi əsasında müəyyən edilir.

Beləliliklə, Həsənov Mübariz Əli oğlu Hərbi Həkim Komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157844