Dövlət qurumu bu rayonlarda həyətyanı torpaqları alacaq

2022-12-22 11:57:00

Dövlət qurumu bu rayonlarda həyətyanı torpaqları alacaq

“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.

Hurriyyet.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək. 

Sözügdən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40,257 min manat ödəniləcək.

Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.

“Azərsu” ASC “Ölkə.Az”a məlumatı təsdiqləyib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173646