DÖVLƏT OBYEKTLƏRİNİN AZƏRBAYCANSAYAĞI ÖZƏLLƏŞDİRİLMƏSİ

2021-09-14 09:41:00

DÖVLƏT OBYEKTLƏRİNİN AZƏRBAYCANSAYAĞI ÖZƏLLƏŞDİRİLMƏSİ

Mövzuya keçməmişdən öncə Avropa ölkələrində özəlləşdirməni gözdən keçirək.

Böyük Britaniya – irimiqyaslı iqtisadi reforma formasında milli miqyasda özəlləşdirmə 1979-1987-ci illərdə M.Tetçer konservativ hökumətinin özəlləşdirməsinin pionerii oldu. Britaniya özəlləşdirməsi enerji kompaniyalarına, nəqliyyat müəssisələrinə, dövlət mənzillərinin keçmiş arendatorların hərrac yolu ilə mülkiyyətinə çevrilməsinə aid oldu. Əhalinin dəstəyinə nail olmaq istəyilə hərrac zamanı hökumət dövlət müəssisələrinin qiymətlərini bilərəkdən aşağı salmaqda milyonlarla ingilis vətəndaşlarının aksioner olmasına şərait yaratdı.

1981-ci ildən 1987-ci ilə qədər “Britich Telecom” (satışdan büdcə gəliri 3,693 mlrd.f.st.), “Britich Casa” (gəlir 7,75 mlrd.f.st.), “Tritich Petroleum” (gəlir 7,2 mlrd.f.st.) kimi iri müəssisələr özəlləşdirildi.

İrimiqyaslı Britaniya özəlləşdirməsi nəticəsində dövlət sektorunun ölçülərinin 2-3 hissəsi azaldı, dövlət müəssisələrinin aktivlərinin satışından əldə edilən gəlir 80 mlrd. funt sterlinqədək təşkil etdi. Bu tədbirlər ölkənin dövlət büdcəsini möhkəmləndirdi və stabilləşdirdi, iri alçaqrentabelli və ya hətta zərərlə işləyən inhisarçı əvəzinə yüzlərlə yeni öz aralarına rəqabətyönlü özəl firmalar yaratdı. Britaniyanın özəlləşdirmə sahəsindəki təcrübəsi praktiki olaraq bütün dünya ölkələrinə təsir göstərdi.

Almaniya – Almaniya birləşəndən dərhal sonra 6000-ə qədər müəssisənin keçmiş sahibləri müəssisələri almaq üçün sifariş verdilər.

Müəssisələrin fəaliyyətini analiz edərkən məlum oldu ki, işçi yerlərinin yalnız 8%-i rentabelli fəaliyyət göstərir, ADR-da əmək məhsuldarlığı Qərbi Almaniyadakının 30%-dən azını təşkil edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, 1994-cü ilin sonuncu qəyyumluq idarəsi öz fəaliyyətini bitirdikdən sonra 20 mindən çox əksəriyyəti istehsalçı müəssisəni özəlləşdirmək və ya öz sahiblərinə qaytarmaq mümkün olmuşdur. Bununla yanaşı müqavilə qaydası ilə 1,5 milyon iş yerinin yaranmasına və 210 mlrd. marka investisiyanın ayrılmasına təminat alınmışdır. Cari yoxlama göstərmişdir ki, bu müəssisələrin öhdəlikləri artıqlaması ilə yerinə yetirilmişdir, yəni müqavilədə göstəriləndən daha çox iş yeri açılmış və daha çox investisiya qoyulmuşdur.

Qəyyumlar idarəsindən sonra dövlətin əlində qalan istehsalat müəssisələrinin özəlləşdirməsi və investorlarla bağlanmış müqavilələrə nəzarət etmək üçün digər təşkilatlar yaranmışdır.

İtaliya – 1993-2000-ci illərdə dövlət nəzarətindən özəl əllərə praktiki olaraq qida sektoruna aid olan müəssisələr, metallurgiya müəssisələri, bank sferası, telekommunikasiya kompaniyaları, nəqliyyat müəssisələri keçmişdir. Ekspertlərin rəyinə görə İtaliya praktiki olaraq avtomobil yolları setinin xüsusi əllərə verən azsaylı ölkələrdən biridir.

1993-2000-ci illərdə özəlləşdirmədən ölkə büdcəsinə daxil olan vəsait 106,6 mlrd. dollardır ki, bu da ÜDM-un 8%-ni təşkil edir.

2003-cü ilin payızında özəlləşdirmə kompaniyasının 2-ci transı: dövlət elektroenergetik korporasiya ENEL-in özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə 400 paketdən ibarət ümumi məbləği 2,17 mlrd. evro vəsait daxil oldu.

Araşdırma əsasında aşağıdakı nəticələrə gəlmək olur: inkişaf etmiş Avropa ölkələrində:

1. İnvestorlarla bağlanmış müqavilələrə nəzarət etmək üçün xüsusi təşkilatlar yaradılır.

2. Özəlləşdirmə nəticəsində ölkə büdcəsinə külli miqdarda vəsait daxil olur.

3. Özəlləşdirmə nəticəsində aksionerlərin sayı milyonlarla ölçülür.

 

Azərbaycanda özəlləşdirmə...

Bəs Azərbaycanda bu proses necə baş verir? Özəlləşdirmə ilə əlaqədar aşağıdakı normativ aktlar mövcuddur:

1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında 16 may 2000-ci il tarixli, 878-IQ saylı Azərbaycan Respublikasının Prezidenti H.Əliyev tərəfindən imzalanmış Qanun.

Bu qanun AR-da dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilatı, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.

Qanunun 8.1 bəndində “dövlət əmlakının satıcısı” kimi müvafiq icra hakimiyyəti orqanı çıxış etməsi göstərilir ki, bu da qeyri-müəyyənlikdir.

2. “AR-da dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə AR-nın 10 avqust 2000-ci il tarixli, 383 saylı ölkə prezidentinin Fərmanı.

Bu Fərmanda AR-da dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı təsdiq edilir.

Fərmanda həmçinin mövcud olmayan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə bir sıra tapşırıqlar verilir.

Qeyd: Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ölkə prezidentinin 16 sentyabr 2005-ci ildə 1008 saylı sərəncamı ilə yaradılıb.

“Operativliyə” diqqət yetirin: 10 avqust 2000-ci ildə ölkə prezidentinin fərmanı ilə DƏİE üzrə DK-nə tapşırıq verilir. Bu komitə 5 il sonra 2005-ci ilin sentyabrında yaradılır. Bu halın özü təsdiq olunmuş normativ sənədlərin formal xarakter daşımasının bariz nümunəsidir.

3. Dövlət müəssisəni özəlləşdirmə komissiyasının yaradılması, onun vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı tədbirlər barədə 23 dekabr 2000-ci il tarixli, 432 saylı fərmanı.

4. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 16 noyabr 2005-ci il tarixli Fərmanı.

5. 19 may 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsini ləğv edir və onun əsasında AR-nın Əmlak Məsələləri Dövlət Komitəsini və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılır.

6. 24 iyun 2009-cu il tarixli AR ƏMDK-nin fəaliyyətinin təmin edilməsi haqqında Fərman.

Bu fərmanla ƏMDK-nin Əsasnaməsi, strukturu və tabeliyində olan qurumlar, ƏMDK yanında DƏDRX-i haqqında Əsasnamə təsdiq edilib.

7. Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 19 may 2016-cı il tarixli 894 saylı fərman.

Fərmanda qeyd olunur ki, “…dövlət əmlakının özəlləşdirilməsi bu Fərman qüvvəyə mindiyi günədək AR prezidentinin qərarları ilə özəlləşdirməyə açıq elan edilmiş, eləcə də AR prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR-da dövlət əmlakının özəlləşdirilməsini II Dövlət Proqramına əsasən, AR ƏMDK-nin qərarları ilə özəlləşdirilən müəssisə və obyektlər, habelə torpaq sahələrinin özəlləşdirilməsi istisna olmaqla, AR prezidentinin qərarları ilə həyata keçirilir”.

Sadalanan bütün sənədlərin formal xarakter daşıdığını sübuta yetirməklə, diqqətinizi özəlləşdirilmiş bir neçə dövlət müəssisənin özəlləşdirmə prosesinə yönəldəcəm.

Dövlət əmlakının özəlləşdirilməsinin təsdiq olunmuş II Dövlət Proqramında müəssisələr: kiçik, orta və iri müəssisələr qrupuna aid edilmişdir. Bu qruplaşmaya sənaye mənsubiyyətli müəssisələr işçilərin sayına görə aşağıdakı qaydada bölünmüşdür:

- kiçik müəssisə – 50 nəfərədək;

- orta müəssisə – 50… 100 nəfərədək;

- iri müəssisə – 150 nəfərdən çox.

Kiçik, orta və iri müəssisələrin rəsmi və ya ümumi qəbul olunmuş təyinatı mövcud deyil. Az-çox Avropa komissiyasının müəssisə işçilərinin sayından, illik balansdan və illik dövriyyədən asılı təyinat tanınmışdır. Mikro, kiçik və orta müəssisələrə 250-dək işçisi, illik dövriyyəsi 50 mln evro və (və ya) illik ümumi balansı 43 mln evrodan çox olmayan müəssisələr aiddir.

Göründüyü kimi, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun və digər normativ sənədlərin “yaradıcıları” özəlləşdirmədə vacib nüanslardan istifadə etmək bacarığında olmayıblar və ya qruplaşmanı sənaye müəssisələrinin faktiki vəziyyətinə uyğun aparıblar.

İndi də dövlət obyektlərinin “azərbaycansayağı” özəlləşdirilməsinin bir neçə nümunəsini nəzərdən keçirək.

(Ardı var)

Rahib ZEYNALOV