Dövlət "Laçını abad et" dedi, o isə özünə "Lexus" aldı, qoşa villa ucaltdı... - AY MAŞALLAH...
"Son bir ildir ki, Laçnda, eləcə də Zabuxda inşa edilən evlərin keyfiyyətsizliyi ilə bağlı ölkə mediasında, sosial şəbəkələrdə çoxlu məlumatlar yayılmaqdadır. Yayılan video görüntülərdən də görünür ki, tikilən evlərin bir qismi həqiqətən də çox keyfiyyəsizdir və öz-özünə uçub tökülür".
Hurriyyet.az xəbər verir ki, bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:
"Tikililərin keyfiyyətsiz olmasına səbəb isə tikinti işinə ayrılan vəsaitlərin mənimsənilməsidir. Buna görə isə məsuliyyət heç şübhəsiz əlaqədar qurum və şəxslərin üzərinə düşür. Laçında aparılan tikinti işlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri, bəlkə də birincisi “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovdur.
Bir neçə ildir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini işləyən Nəsimi Əsədov, Laçında tikinti işləri başlayandan sonra şəxsi büdcəsini sürətlə genişləndirməyə, sahib olduğu daşınmaz əmlakların sayını artırmağa başlayıb. “Laçın Abadalıq Xidməti”nin rəhbəri kimi bütün tikinti prosesinə rəhbərlik edən bu şəxs, özünə “Lexus” markalı bahalı avtomobil alıb, Ceyranbatan qəsəbəsində qoşa villa inşa edib. Hər biri bir milyon manat dəyərində oıan villaların həyətində nəhəng hovuzlar, böyük meyvə bağları mövcuddur.
Laçınlıların doğma yurda köç etdiyi bir vaxtda Nəsimi Əsədov öz ailəsini Bakı həyatından ayırmır. Belə ki, onun övladları Bakıda rus sektorunda təhsil almaqda, xüsusi sürücü və baxıcıların qulluğundan faydalanmaqdadır..."
DAVAMI MÜTLƏQ OLACAQ...