Saat:20:28
Haqqımızda

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar edilir

2025-02-26 16:05:09

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar edilir

Artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.

Bu barədə Hurriyyet.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı bəzən real İP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.

Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısamüddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157870