Saat:20:10
Haqqımızda

"Dövlət içində dövlət olmaz" - Ermənistanda separatçıların kitabı bağlanır

2024-03-28 14:19:48

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş nazirinin aparatının sədr müavini Taron Çaxonyan separatçı "qaçqın hökuməti" təmsil edən bütün ofislərin bağlanmalı olduğunu, bu qurumların varlığının Ermənistanın təhlükəsizliyi və dövlətçiliyinə təhdid olduğunu bəyan edib.
Çaxonyan deyib: “Ermənistanda dövlət daxilində dövlət ola bilməz, sürgündə hökumət yoxdur və ola da bilməz.
Qarabağda çevriliş həyata keçirən və nəticədə Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”.
Xəbər verdiyimiz kimi, Ermənistanın  Baş naziri Nikol Paşinyan da öz açıqlamasında Qarabağdan olan "bəzi dairələrin" Ermənistanın milli təhlükəsizliyi üçün təhdid doğuran addımlar atdığını bildirib. Paşinyan bu açıqlamanı Qarabağ separatçılarının lideri Samvel Şahramyanın "Le Figaro" nəşrinə müsahibəsi zamanı İrəvanda "mühacir Qarabağ hökuməti"nin fəaliyyətini davam etdirdiyini" bildirməsindən sonra verib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR