Dövlət Departamenti: “Quranı yandırmaqla Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

2023-01-24 10:17:00

Dövlət Departamenti: “Quranı yandırmaqla Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb. 

“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, - Prays vurğulayıb. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183800