Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
2024-11-16 13:35:29
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Hurriyyet.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq.
Belə ki, gün ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır./qaynarinfo.az/