DÖVLƏT BÜDCƏSİ NECƏ TALAN EDİLİR? - Millətin gələcəyini düşünülmüş formada məhv edənlər kimlərdir...

2022-06-11 15:43:00

DÖVLƏT BÜDCƏSİ NECƏ TALAN EDİLİR? - Millətin gələcəyini düşünülmüş formada məhv edənlər kimlərdir...

Sual verilsə ki, elma sahəsinə bu nazirliklərdən hansı daha çox yaxındır: Təhsil Nazirliyi, yoxsa Ədliyyə Nazirliyi, insanların əksəriyyəti birmənalı olaraq “Təhsil Nazirliyi” cavabını verəcək. Çünki Təhsil Nazirliyinin əsas qayəsi gənclərimizə elm və təhsil verilməsinə şərait yaratmaqdır.

Lakin insan elə situasiya ilə üzləşir ki, bəzən özünə, gördüklərinə də inanmaq istəmirsən. Bu məsələ ilə bağlı mən elə bir inanılmaz faktla üzləşmişəm ki, öz biliyimə özüm şübhə etdim! Ona görə də bu məsələ ilə bağlı, eyni zamanda, özümə  bir daha əmin olmaq üçün birinci növbədə Ədliyyə Nazirliyinə zəng vurdum, sual verdim və cavabımı aldım. Sönra Təhsil Nazirliyinə zəng vurdum və sualıma eyni cür cavab aldım. Hər İki nazirliyin sözçülərinin cavabı belə oldu ki, elm sahəsinə Təhsil Nazirliyi bütün nazirliklərdən daha yaxındır.

Beləliklə, əsas məsələyə keçək. 2022-ci ilin dovlət büdcəsindən nazirliklərə ayrılan pul vəsaitləri diqqətimi çəkməklə bərabər, həm də məni çox narahat etmişdir.

Narahat olmağıma səbəb nədir?

Biləsiniz ki, 2022-ci ilin büdcəsindən Azərbaycan Respublikasının elm sahəsinə 202.790.759 manat vəsait ayrılmışdır. Bu vəsaitdən 7.524.305 manatı Ədliyyə Nazirliyinə, 1.779.721 manatı Azəbaycan Respublikası Təhsil Nazirliyinin payına düşür. Ədliyyə Nazirliyindən fərqli olaraq Təhsil Nazirliyinin əvvəlində “Azəbaycan Respublikası” sözlərini yazmağım heç də sizləri təəccübləndirməsin. Niyə? Düşündüm ki, Ədliyyə Nazirliyi bizimdir, bəlkə Təhsil Nazirliyi Ermənistanındır, ona görə də ermənilərin təhsilini məhv etmək üçün Təhsil Nazirliyinə 4,5 dəfə az vəsait ayrılmışdır.

Araşdırdım və aydınlaşdırdım ki, yox, hər ikisi - Ədliyyə Nazirliyi də, Təhsil Nazirliyi də bizimdir. Üstəlik, təkcə elm sahəsinə Ədliyyə Nazirliyindən 4,5 dəfə az vəsait ayrılmış Təhsil Nazirliyi erməni uşaqlarına təhsil vermir, təhsil verdikləri də bizim azərbaycanlı balalarımızdır.  Bəs, onda bu nə məsələdir? Niyə elm sahəsinə - Ədliyyə Nazirliyinə Təhsil Nazirliyindən 4,5 dəfə artıq pul vəsaiti ayrılmışdır?! Niyə balarımızın təhsili məhv edilir?!

Azərbaycan büdcəsi son variantda [karikatura]

Bəlkə, “uşaqpulları”da müammalı təyinatlarla, ünvansız adlarla Ədliyyə Nazirliyinə verilmişdir! Bəlkə, vətən-torpaq uğrunda gözünü, qolunu, qıçını itirmiş qazilərimizin haqları da Ədliyyə Nazirliyinə ayrılmışdır! Bəlkə, əlilik dərəcələri ləğv edilmiş əlillərimizin, yavan çorək almağa gücü çatmayan, ah-nalə çəkən qöcalarımızın, baba-nənələrimizin pensiya pulları da Ədliyyə Nazirliyinə verilmişdir!

Çox düşündükdən sonra belə qənaətə gəldim ki, dövlətin büdcəsi beləcə talan edilmişdir. Sizlər hansı qənaətə gəlsəniz, yazın. Millətin təhsilini beləcə məhv etməklə, əslində, dövlətin gələcəyini məhv edirlər. Bir sozlə, düşünülmüş formada millətin təhsilini məhv etməklə, mənəviyyətimizi məhv edirlər.

Onu da biləsiniz ki, 2022-ci ilin dövlət büdcəsində elm sahəsinə ayrılan 202.790.759 manat vəsaitdən ünvansız, müammalı  “elm sahəsi üzrə” başlığı adı altında (1.003.200; 1.003.200; 3.500.000; 10.348.420) 15.854.820 manat vəsait ayrılmışdır. Ədliyyə Nazirliyinə qarşı olan şübhələr, faktlar onu deməyə əsas verir ki,  bax, bu müəmmalı, ünvansız 15.854.820 manat pul vəsaitdə Ədliyyə Nazirliyinə verilmişdir.

Beləcə, Ədliyyə Nazirliyi tərəfindən büdcəmiz, dövlətimiz, millətimiz talan edilməkdədir. Bütün bunlar faktlara söykənir. Əgər başımıza bir hadisə gətirməsələr, milyardlar barədə verəcəyim faktların davamı olacaqdır. İzləyin.

Böyükağa ABDULLAYEV,

Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili

üzrə iqtisadçı-ekspert                                         .


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya