Saat:18:24
Haqqımızda

“Dövlət büdcəsi formal, mücərrəd təsir bağışlayır” - PƏNAH HÜSEYN

2025-11-26 17:52:01

“Dövlət büdcəsi formal, mücərrəd təsir bağışlayır” - PƏNAH HÜSEYN

“Baxmayaraq ki, bizim Azərbaycan Respublikasının Konstitutsiyasında Azərbaycan Respublikası sosial dövlət kimi qeyd olunub. Sosial dövlət kimi danışarkən da istər builki, istər ötən illərdəki büdcədəki sosial xərclərə ayrılan rəqəmlər, əlbəttə ki, əsas kimi götürülə bilməz”.

Bu barədə Hurriyyet.az-a 2026-cı il dövlət büdcəsini, həmçinin yaşayış minimumu və ehtiyac meyarını dəyərləndirən keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn deyib.
P. Hüseynin sözlərinə görə, bəzən bunu deyərkən müxtəlif, yəni qeyri-sosial istiqamətə yönəldilir və bu da cəmiyyətin mövcudluğunun bir sıra sahələrini əhatə edir: “Amma burada ailənin, uşaqların, anaların, təqaudçülərin, pensiyaçıların, əlillərin, aztəminatlı ailələrin, yəni sizin dediyiniz məsələ xeyli dərəcədə aztəminatlı ailələr və yaxud aztəminatlı vətəndaşlar barəsində olan məsələni əhatə edir. Bu məsələlər barədə mənim rəyim ondan ibarətdir ki, bu, Konstitusiyanın sosial dövlət olması müddəasına cavab vermir”. 
“Prinsip etibarilə isə burada açığı, hazırda elə iqtisadi proseslər gedir ki, xeyli dərəcədə istər bu minimum həyat səviyyəsini və yaxud minimum maaşı və yaxud digər bu kimi sosial məsələlərlə bağlı iqtisadi göstəriciləri bu rəqəmlər yox, bahalığın, infliyasiyanın qarşısının alınması və bu qeyd etdiyimiz məsələrlə əlaqədar gedən proseslərdən sığortalayan tədbirlərin həyata keçirilməsi göstərməlidir. Deyək ki, məsələn, ictimai nəqliyyatda güzəştlərin verilməsi, güzəştli qiymətlərlə, amma standartlara cavab verən ərzaqların satıldığı müəyyən bələdiyyə mağazalarının yaradılması, ailə və uşaqların, xüsusən çoxuşaqlı ailələrin dövlət tərəfindən himayə edilməsi ilə bağlı konkret sistem xarakterli qərarların qəbul edilməsini-bizdə 5 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur-dünyanın bir çox ölkələrində, yəni bizim kimi demoqrafik problemi olan ölkələrdə olduğu kimi, çoxuşaqlı ailələrin 3-ə endirilməsi və. s kimi tədbirlərin həyata keçirilməsini istəyirəm. Yəni konkret büdcə rəqəmləri hazırda iqtisadi dayanıqlı inkişafın getmədiyini göstərir və göstəricilərin hər an ciddi dəyişikliklərə uğradığı bir zamanda büdcə rəqəmləri o qədər də bu məsələləri tam şəkildə əhatə etmir. O baxımdan, bir daha təkrar edirəm, dövlət büdcəsi əlbəttə, mühüm bir iqtisadi sənəddir və eyni zamanda büdcə haqqında qanuna edilmiş son təxminən 10 ildəki dəyişikliklər də açığı elədir ki, xeyli dərəcədə dövlət büdcəsi formal, ümumi, mücərrəd necə deyərlər, rəqəmlər təsiri bağışlayır. Builki büdcə ilə bağlı da mənim indiki rəyim ondan ibarətdir ki, bu cəhətdən fərqlənmir”,-deyə Keçmiş baş nazir vurğulayıb.
CAVİD