Saat:16:42
Haqqımızda

Dövlət Baxçalı: Türkiyə ilə dialoq Əsədin xeyrinə olacaq

2024-12-03 12:57:13

Dövlət Baxçalı: Türkiyə ilə dialoq Əsədin xeyrinə olacaq

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Bəşər Əsəd haqda fikir səsləndirib. O bildirib ki, Əsəd Türkiyənin çağırışlarına məhəl qoymayıb və onun terrorla mübarizəsinə qarşı çıxıb, Suriyanı qeyri-sabit vəziyyətdə salıb.

Baxçalı deyib ki, hələ gec deyil, Türkiyə ilə dialoq Əsədin xeyrinə olacaq. “Suriya qeyd-şərtsiz hərəkət etməlidir, çünki Türkiyənin heç bir ərazi ambisiyası yoxdur”, deyə siyasətçi ifadə edib.

Ülviyyə, Hurriyyet.az