Saat:10:40
Haqqımızda

DOSTUNA BORC VERDİ, GERİ ALA BİLMİR… - DİN rəhbərinə müraciət: “Məni bıçaqla hədələyir, öldürəcəklərini bildirirlər”

2024-02-12 14:42:36

DOSTUNA BORC VERDİ, GERİ ALA BİLMİR… - DİN rəhbərinə müraciət: “Məni bıçaqla hədələyir, öldürəcəklərini bildirirlər”

Bərdə rayon sakini Babayev Fehruz Novruz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redakisyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

Cənab nazir!

Mən, Babayev Fehruz Novruz oğlu, sizdən xahiş edirəm ki, problemimlə bağlı müvafiq orqanlara göstəriş verəsiniz.

Diqqətinizə çatdırım ki, mən həmkəndlim, yaxın qohumum Məmmədov Faiq Nəbi oğlu və onun yaxın dostu Əyyubov Rafil Malik oğlu tərəfindən aldadılmışam.

Belə ki, onlar məndən 10,520 manat pul alaraq, yaxın müddətdə qaytaracaqlarına dair söz verdilər. Faiqdən pulumu istədikdə isə, dedi ki, pul məndə deyil, Rafilə vermişəm.

Bir neçə dəfə aramızda görüş olub, amma bunlar mənim pulumu vermək istəmirlər. Axırıncı görüşdə məni bıçaqla hədələyib, ödürəcəklərini bildirdilər.

Cənab nazir!

Özüm iki övlad atasıyam. Hal-hazırda Donbassda, Donetskidə balıq satıb, ailəmi saxlamağa, qaldığım evin kirayə pulunu ödəməyə çalışıram. Gələcəkdə ölkəmizin suverenliyini qoruyan əsgər böyüdürəm. Çox xahiş edirəm, mənə bu işdə kömək edəsiniz. Sizin yardım edəcəyinizə çox ümid bəsləyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234340