DOSTUN, TANIŞIN YOXDURSA, İŞİN DƏ YOXDUR… - Naxçıvanda işlə təmin olunmaq üçün “yuxarılarda” adamın olmalıdır…

2023-01-10 13:21:00

DOSTUN, TANIŞIN YOXDURSA, İŞİN DƏ YOXDUR… - Naxçıvanda işlə təmin olunmaq üçün “yuxarılarda” adamın olmalıdır…

Naxçıvan şəhəri, Culfa kənd sakini Kərimov Fəxrəddin Hüseyn oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu işindən qanunsuz yerə azad ediblər:

“Mən, Kərimov Fəxrəddin Hüseyn oğlu, 1959-cu ildə Culfa  şəhərində anadan olmuşam. 1976-cı ildən Culfa dəmir yolunda  işləyirəm, ali təhsilliyəm.

1988-ci ildə Rostov Dəmir Yolları və Mühəndisləri İnistitunu bitirmişəm. Dəmir yolunda müxtəlif vəzifələrdə işləmişəm. Axırıncı işim Yük və Sərnişin Daşımaları İdarəsində aparıcı mühəndisi vəzifəsi olmuşdur.

13 yanvar 2022-ci ildə aparılan ixtisarla əlaqədar işdən azad olunmuşam. Hansı ki, ixtisar edilən zaman rəhbərlik tərəfindən yaxın adamları və hətta təqaüd alanlar işdə saxlanılmış, bəzilərinin ştatları dəyişdirilərək başqa işlə təmin edilmişlər.  Mənim isə orada heç bir yaxınım vəzifədə olmadığı üçün işimə son verdilər. Naxçıvanda belə haqsızlıqlar da baş verir. İşlə təmin olunan hər bir şəxsin gərək vəzifəli tanışı, dostu olsun”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163081