Dördgünlük iş həftəsi ilə bağlı qərarın tətbiqinə başlanıb

2022-11-21 22:21:00

Dördgünlük iş həftəsi ilə bağlı qərarın tətbiqinə başlanıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Belçikada işçilərə həftədə 5 deyil, 4 gün işləməyə imkan verən praktika bu gündən tətbiq edilməyə başlayıb.

İyun ayında koalisiya hökumətini quran partiyaların iş həyatında islahatlarla bağlı razılığa gəlməsindən sonra verilən qərar bu gün qüvvəyə minib.

Yeni qaydaya görə işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi istəsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə, 4 günə başa vura biləcək.

Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və yaxud həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər. Bu fürsət işəgötürənlə razılaşma nəticəsində 6 ay davam edə bilər. Müqavilə 6 ayın sonunda qarşılıqlı razılaşma ilə davam etdirilə bilər.

İşəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ var. Bununla belə, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.

Bəzi təşkilatlar bu təcrübəni tənqid edir və iş yerləri baxımından iş yükünün 5 günə deyil, 4 günə cəmlənməsinin nöqsanlarını vurğulayırlar. Bundan əlavə, işçilərin uzun müddət işlədiyi üçün evdən kənarda uzun müddət qalması səbəbindən mənfi təsirlərin ola biləcəyi ifadə edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.100336