Saat:12:43
Haqqımızda

Dörd ölkə nümayəndəsi beynəlxalq tədbirdə Rusiyaya meydan oxudu

2021-10-21 14:00:00

Dörd ölkə nümayəndəsi beynəlxalq tədbirdə Rusiyaya meydan oxudu

Üç Baltikyanı ölkə-Estoniya, Latviya, Litva və Polşadan olan nümayəndələr, Federasiya Şurasının sədri Valentina Matvienkonun Afinada keçirilən Parlament Sədrlərinin Avropa Konfransının iclasındakı çıxışını dinləməkdən imtina edərək konfrans zalını tərk etdilər. Bu barədə RİA Novosti Rusiya nümayəndə heyətinin üzvünə istinadən məlumat yayıb.
"Konfrans salonunda olan Polşa və hər üç Baltikyanı ölkənin nümayəndə heyətinin üzvləri Valentina Matvienko çıxış etməyə başlayanda onu tərk etdilər" nümayəndə deyib.
Matvienkonun çıxışı sona çatan kimi dörd ölkənin nümayəndə heyətlərinin yerlərinə qayıtması diqqət çəkib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR