Dörd il əvvəl vəfat etmiş ana övladlarını xilas etdi - VİDEO
2023-02-15 21:38:00

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Kahramanmaraşdakı zəlzələdə dağıntılarda çalışan bir gənc şahid olduğu möcüzəli hadisədən danışıb. Gəncin videosu sosial şəbəkələrdə yayılıb.
Gəncin sözlərinə görə, bir qadın göz yaşları içərisində xilasedicilərin işlədiyi yerə gələrək, uşaqlarının yaxınlıqdakı başqa bir dağıntının altında olduğunu deyib, yeri dəqiq göstərib. AFAD cihazlarının həyat əlaməti qeydə almamasına rəğmən xilasedici qrup həmin yerə yollanıb.
Bir müddət sonra dağıntılar altındaki hər iki uşaq xilas edilib. Hər kəs “uşaqları çıxardıq” deyə sevinclə qışqırıb ananı çağıran zaman, xilas edilən 13 yaşlı uşağın sözləri hamını mat qoyub: “Mənim anam 4 il əvvəl vəfat edib”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya