Dörd ay ərzində İranda minlərlə məktəbli zəhərlənib!

2023-03-06 20:38:00

Dörd ay ərzində İranda minlərlə məktəbli zəhərlənib!

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ötən ilin noyabr ayından bəri İranın 25 vilayətindəki 230 məktəbdə 5 min nəfərdən çox şagird zəhərlənib. Bu barədə açıqlamanı İran parlamentinin Məktəblərdə Kütləvi Zəhərlənmələr üzrə Komissiyasının üzvü Məhəmməd Həsən Asfəri verib.

İlk dəfə ötən ilin noyabrında Qum şəhərində 18 məktəbli qız zəhərlənmişdi.

Vəziyyət o qədər ağırdır ki, ölkə Prezidenti İrahim Rəisi araşdırma aparılması üçün ölkənin Səhiyyə Nazirliyinin, təhlükəsizlik və asayiş orqanlarının əməkdaşlarının iştirak edəcəyi işçi qrupunun yaradılması göstərişi verib.

Səhiyyə məmurlarının fikrincə, zəhərlənmə seriyası xarici qüvvələr tərəfindən qəsdən törədilmiş aksiyadır. Parlamentin üzvləri azot zəhərlənməsi iddiasını irəli sürülər. Mətbutda isə bibər qazı qutusundan və benzindaşıyan sisternlərin buxarlanmasından zəhərlənmələr barəsində yazılar gedir. Maraqlıdır ki, məktəblərin yeməkxanalarındakı ərzaqların keyfiyyətsiz olduğu versiyası irəli sürülmür.

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ali dini lideri Əli Xamanei məktəblərdəki zəhərlənmələrdə əli olanlara ən ağır cəzanın verilməsini tələb edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153200