Donuz qripi ilə koronavirus necə fərqlənir?

2022-12-15 22:16:00

Donuz qripi ilə koronavirus necə fərqlənir?

Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində adətən temperaturun artması müşahidə olunur. Geniş yayılmış omikron ştammında isə bu hal baş vermir.

Bu sözləri allerqoloq-immunoloq Vladimir Bolibok infeksiyaların fərqlərindən danışarkən deyib.

"Nəzərə alsaq ki, omikron hələ də dövriyyədədir, koronavirus qızdırma olmadan asemptomatik ola bilər, H1N1 (donuz qripi) isə çox güman ki, hərarətin qalxması ilə müşahidə olunacaq. Bu elə bir nüansdır ki, 100% olmasa da, sizə müəyyən ipucu verəcək".

İmmunoloq qripin ümumi simptomları arasında bədən və baş ağrılarını da göstərib.\\Publika.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174993