Donbass səmasında Rusiyanın 2 qırıcısı, 8 PUA-sı MƏHV EDİLDİ

2022-04-22 09:30:00

Donbass səmasında Rusiyanın 2 qırıcısı, 8 PUA-sı MƏHV EDİLDİ

"Ukrayna müdafiəçiləri Donetsk və Luqansk istiqamətləri üzrə torpaqlarımızı ümdafiə etməyə davam edir. Aprelin 21-də Ukrayna hərbçiləri düşmənin 10 hücumunu uğurla dəf edib. Əsgərlərimiz öz cəsarət və bacarıqları sayəsində rus işğalçılarına itki verdilər".

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son paylaşdığı məlumatda deyilir.

Bildirilib ki, xüsusilə, ukraynalı müdafiəçilər 6 tank, 4 artilleriya sistemini, 8 ədəd zirehli, 15 ədəd avtomobil texnikasını məhv ediblər.

Ukrayna Donbass səmasında hava müdafiə bölmələri 2 təyyarə (Su-34 və Su-25) və 8 Orlan-10 pilotsuz uçuş aparatını vurub.

Ukrayna hərbçiləri təcavüzkarın işğalını cəsarətlə və qəhrəmancasına dəf etməkdə davam edirlər!", - deyə Baş Qərargahdan bildirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya