Donbasdan sonrakı hədəf haradır? Rusiya səfiri Moldova XİN-ə çağrıldı

2022-04-23 15:01:00

Donbasdan sonrakı hədəf haradır? Rusiya səfiri Moldova XİN-ə çağrıldı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, RF Mərkəzi Hərbi Dairəsinin Silahlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Rustam Minnekayevin Pridnestrovye ilə bağlı açıqlamasından sonra Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsev Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Kişinyovda Minnekayevin açıqlamasını “dərin narahatlıq predmeti” hesab ediblər. Moldovanın Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin açıqlamasında deyilir: “Moldova hökuməti bu cür açıqlamaları əsassız və Rusiya Federasiyasının Moldovanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək mövqeyinə zidd hesab edir”.

RF Mərkəzi Hərbi Dairəsinin Silahlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Rustam Minnekayev Sverdlov vilayətində Müdafiə Sənayesi Müəssisələri İttifaqının illik iclasındakı çıxışında demişdi: “Ukraynanın cənubuna nəzarət Prednestrovyeyə daha bir çıxışdır – orada da rusdilli əhalinin sıxışdırılması faktları qeydə alınır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya