Donald Trampın oğlu yanğınların yayılması səbəbini Ukrayna ilə əlaqələndirib
2025-01-09 13:54:02
Hurriyyet.az xəbər verir ki, ABŞ-dakı son prezident seçkilərinin qalibi olmuş Donald Trampın böyük oğlu və adaşı Donald TrampKaliforniyada baş vermiş yanğınlarda Ukraynanı ittiham edib.
O qeyd edib ki, ABŞ 2022-ci ilin martında, humanitar yardım çərçivəsində yanğın cihazlarının bir qismini Ukraynaya verib.
Oğul Donald Tramp X şəbəkəsindəki yazısında Los-Ancelesdəki yanğınların yayılmasının səbəbinin yanğınsöndürmə aparatlarının bir qisminin Ukraynaya verilməsi ola biləcəyini yazıb: "Bir baxın, Los-Ancelesin yanğınsöndürmə xidməti öz avadanlıqlarının bir qismini Ukraynaya yardım kimi göndərib".
Hürr Tərcüman