"Donald Trampa qarşı rəsmi ittiham irəli sürülüb" - ŞAHİN CƏFƏRLİ

"O, aralarındakı əlaqələrini gizləməsi müqabilində porno ulduza pul ödəməkdə günahlandırılır"
"Manhetten Böyük Jürisi Donald Trampa qarşı rəsmi ittiham irəli sürüb. Tramp aralarındakı əlaqələrini gizləməsi müqabilində porno ulduz Stormy Danielsə pul ödəməkdə günahlandırılır. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezidentə rəsmi cinayət ittihamı verilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, əgər Tramp prezidentliyə namizəd ola bilməsə, Florida qubernatoru Ron DeSantisin şansı ciddi şəkildə artmış olacaq: "Hər nə qədər demokratlar Trampa nifrət etsələr də, məncə, bu, onlar üçün yaxşı xəbər deyil. Çunki respublikaçıların namizədi və ümumilikdə partiyanın lideri qismində məhz Trampın öndə olması demokratlara həm prezident, həm də Konqres seçkilərində öz tərəfdarlarını maksimum səfərbər etməyə imkan verir, müstəqil seçicilərin də onlara meyllənməsinə zəmin yaradır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya