Saat:17:06
Haqqımızda

“Dollarsızlaşma düzgün maliyyə siyasəti ilə bağlıdır”-KOMİTƏ SƏDRİ

2025-11-20 16:01:38

“Dollarsızlaşma düzgün maliyyə siyasəti ilə bağlıdır”-KOMİTƏ SƏDRİ

“Ölkə ərazisində bəllidir ki, yeganə ödəniş vasitəsi, mübadilə vasitəsi, əmtəə və xidmətlərin alqı-satqısı Azərbaycan manatı ilədir”. 
Bu barədə Hurriyyet.az-a Auditorlar Palatasının Çirkli Pullarla Mübarizə Komitəsinin sədri, iqtisadçı-auditor Elçin Qurbanov deyib.
E. Qurbanov hesab edir ki, dollarsızlaşma həm də yaxşı, düzgün maliyyə siyasəti ilə bağlıdır: “Yəni bu, artıq manatın sabit olması, manatın digər funksional valyutalar qarşısında dəyərini saxlaması və bu kimi, müsbət hallarla xarakterizə olmasından irəli gəlir”.
E. Qurbanov əlavə edib ki, dollarsızlaşma əhalinin Azərbaycan manatına daha cox maraq göstərməsindən və xarici valyutanın qanuni pul vahidi kimi istifadə olunmasından irəli gəlir.
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5 faizə enib və bu, tarixdə ən aşağı göstəricidir.
CAVİD