Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində

2022-05-06 10:25:00

Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində

ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb.

Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib.

Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Britaniya valyutası sonuncu dəfə 2,25% ucuzlaşaraq 1,2351 dollar olub.

Almaniyada mart ayında sənaye sifarişlərinin keçən oktyabr ayından bəri ən böyük aylıq azalma ilə üzləşdiyini göstərməsindən sonra avro da ucuzlaşıb. Avro 0,98% ucuzlaşaraq 1,0518 dollara düşüb və ötən cümə axşamı əldə edilən 1,0470 dollarla beş ilin ən aşağı səviyyəsini bir qədər yuxarıda tamamlayıb. (Ölkə.Az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya