Dollar bahalaşarsa, manatın məzənnəsi…— İqtisadçı
2024-09-20 22:54:30
Son zamanlar avronun bahalaşaraq dolların ucuzlaşması ilə bağlı xəbərlər gündəmdə əks olunur. Bəs bunun manatın məzənnəsinə təsiri olacaqmı?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsinə təsir edən yeganə amil dollardır:
“Azərbaycanda məzənnə dollardan asılıdır və sabitdir. Bizdə avronun məzənnəsi ayrıca müəyyənləşdirilmir. Yəni dollar nə zaman bahalaşarsa, manatın məzənnəsi dəyişə bilər”.