"Doğru işin zibilini çıxartmasaq, ermənilərin istənilən açıqlaması xeyrimizə işləyəcək" - NATİQ CƏFƏRLİ

2023-08-30 11:29:22

"Çünki ağızlarını açan kimi faşist təfəkkürləri, geridəqalmış dünya görüşləri, yalanları üzə çıxır"

"Azərbaycan pro-aktiv, düşünülmüş, haqlı və hüquqa uyğun addımlar atan kimi qarşı tərəf çaşır, bir müddət yığdıqları PR üstünlüyü darmadağın olur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, indi heç nə lazım deyil, elə özlərinin, "biz acından ölərik, türk unu yemərik" tipli bəyanatlarını, video çıxıçlarını, media açıqlamalarını 10-15 dilə tərcümə edib yaymaq kifayətdir: "Bu sözlərdə faşizm, nifrət, axmaqlıq, bu günə qədər apardıqları, “acından oboy yeyirik”, tipli yalançı təbliğatlarının darmadağın olması – yəni, bizə üstünlük qazandıracaq hər şey var. Özümüz səhv etməsək, yenə xəz dərili xalaları məsələyə qatıb, quş zad boğub doğru işin zibilini çıxartmasaq, ermənilərin istənilən açıqlaması bizim xeyrimizə işləyəcək. Çünki ağızlarını açan kimi faşist təfəkkürləri, geridəqalmış dünya görüşləri, yalanları üzə çıxır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132869