Dneprin vurulma anı - Video

2022-11-17 15:15:00

Dneprin vurulma anı - Video

Xəbər verdiyimiz kimi, Rusiya ordusu bu gün Ukraynanın müxtəlif vilayət və şəhərlərini genişmiqyaslı raket atəşinə tutub.

Hurriyyet.az -ın məlumatına görə, atəşə tutulan şəhərlərin biri də Dnepr olub.

Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi teleqram kanalında şəhərə raketin düşmə anını əks etdirən görüntüləri paylaşıb.

Görüntülərdən zərbədən sonra güclü yanğının baş verdiyini görmək mümkündür.

Məlumata görə, şəhərin iki hissəsinə zərbə endirilib. Zərbə nəticəsində sənaye müəssisəsinə zərər dəyib və burada yanğın başlayıb.

Eyni zamanda, yaxınlıqda yerləşən yaşayış evləri də dağılıb. Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılar sırasında 15 yaşlı qız da var. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121408