Dmitri Kuleba: "İsrail Ukraynaya nümunə olmalıdır"

2021-09-14 17:48:00

Dmitri Kuleba:

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sentyabrın 13 -də "The Independent" qəzetinə müsahibəsində bildirib ki, İsrail "çevik hərbi dövlət" olaraq Ukrayna üçün nümunə olmalıdır.
Kuleba vurğulayıb ki, son vaxtlar Kiyev Qərbə heç bir ümidin olmadığını və Ukraynanın "yalnız özünə güvənməli" olduğunu başa düşdü.
Buna görə də Kuleba əlavə edib ki, "İsrail kimi çevik hərbi dövlətə çevrilməyi öyrənməliyik".

Ülviyyə Şükürova

Hurriyyet.az